Lənkəranda bədbəxt hadisə - 12 yaşlı qızın boynu sındı
    • 11-08-2023, 15:22
    • 402

Lənkəranda bədbəxt hadisə - 12 yaşlı qızın boynu sındı

Lənkəran bədbət hadisə baş verib.

RTV -nin Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində bina 17/3 ünvanında qeydə alınıb.

2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oyun oynayarkən ehtiyatsızlıqdan ağır xəsarət alıb və boynu sınaraq ölüb.

12 yaşlı Ləmanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.