Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
    • 11-08-2023, 15:59
    • 294

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) News24.az-a bildirilib ki, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrdə yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq avqustun 12-də axşam saat 22:00-dan avqustun 13-də saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur.