Sabahdan bu yoldan istifadə etməyin: ƏHALİNİN DİQQƏTİNƏ
    • 4-05-2019, 17:17
    • 713

Sabahdan bu yoldan istifadə etməyin: ƏHALİNİN DİQQƏTİNƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq 5 may tarixində səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.