Polşanı ayağa qaldıran bomba həyəcanı: 14 min insan təxliyə edildi
    • 11-08-2023, 16:29
    • 218

Polşanı ayağa qaldıran bomba həyəcanı: 14 min insan təxliyə edildi

Polşada bir tikintidə İkinci Dünya Müharibəsindən qalma 250 kiloqramlıq bomba aşkar edilib.

News24.az xəbər verir ki, 14 min insan ərazidən təxliyə edildi.

Bomba Polşanın cənub-şərqindəki Lyublin şəhərində binanın bünövrəsi qazılarkən tapılıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri, sözügedən partlayıcı maddənin İkinci Dünya Müharibəsi dövrünə aid olduğunu təyin ediblər.

Bildirilib ki, İkinci Dünya Müharibəsindən əvvəl bombanın tapıldığı yerdə təyyarə zavodu fəaliyyət göstərdiyi halda, sözügedən ərazi faşist Almaniyası tərəfindən əsir və əmək düşərgəsi kimi və müsadirə edilən malların seçilməsi və saxlanması üçün istifadə edilib.

Bomba zərərsizləşdirmə mütəxəssisləri 250 kiloqramlıq bombanın çıxarılması üzərində işləri davam etdirir.

Aydan