Sürücülük vəsiqəsini ASAN dəyişmək istəyənlərə şad xəbər
    • 6-03-2019, 12:20
    • 1 230

Sürücülük vəsiqəsini ASAN dəyişmək istəyənlərə şad xəbər

İtirilmiş sürücülük vəsiqəsi əvəzinə yenisini almaq və xarici ölkələrdə alınmış vəsiqəni milli vəsiqəyə dəyişmək artıq ASAN xidmətlərdə həyata keçirilməyə başlanılıb. 

Bunu News24.az-a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, 17 yanvar 2019 tarixli fərmanın icrasına başlanandan sonra belə xidmətlərin fəaliyyət sahəsi ilə əhatə olunan bütün rayon və şəhərlərin sakinləri bu hallarda da vəsiqəni ASAN xidmət mərkəzlərində dəyişdirə bilirlər.
Qeyd edək ki, bu yaxınlaradək yuxarıda qeyd edilən hər iki halda vəsiqəni yalnız DYP-nin qeydiyyat, imtahan və texniki baxış şöbələrində dəyişmək olurdu.

Sevinc YASİNQIZI