-
- 19-01-2019, 13:51
- 941
DİN-in bəzi səlahiyyətlərinin "ASAN xidmət"ə verilməsi məsələsinə aydınlıq gətirilib
Daxili İşlər Nazirliyinin (DİN) bəzi səlahiyyətlərinin əlindən alınaraq "ASAN xidmət"ə verilməsi məsələsinə aydınlıq gətirilib.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında deyib ki, bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar.
Onun sözlərinə görə, "DİN-in bu hüquqları əlindən alındı" sərlövhəli həmin şərhlərdə iddia edilir ki, guya bundan sonra Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların verilməsi funksiyalarını həyata keçirə bilməyəcək: "Bir daha diqqətə çatdırırıq ki, qeyd edilən sənədləri məhz Daxili İşlər Nazirliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edir və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək. Yəni, yuxarıda göstərilən sənədlər “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda həmin mərkəzlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcək.
Müvafiq funksiyalar “ASAN xidmət” mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində də Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçiriləcək".
//Report