Kadırov: Ukrayna ilə danışıqlar MƏNASIZDIR
    • 11-08-2023, 18:43
    • 391

Kadırov: Ukrayna ilə danışıqlar MƏNASIZDIR

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna ilə danışıqları mənasız adlandırıb. 
 
News24.az
xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat yayıb. 

“Ukrayna hər gün mövqelərini, şərtlərini itirir... Danışıqlar nəyə lazımdır, biz bunu bitirməliyik" - Çeçenistan rəhbəri bildirib.
 
Kadırovun sözlərinə görə, Rusiya həm döyüş meydanında, həm də beynəlxalq arenada üstünlük əldə edib və qalib gəlir. Rusiyaya qarşı sanksiyalar Qərbi iqtisadi çöküşün astanasına gətirib.
 
“Danışıqlar yalnız çətin vəziyyətdə olduğunu tam bilən tərəf üçün lazımdır. Rusiya obyektiv olaraq onlardan biri deyil”, - o deyib.
 
Ayşən