-
- 12-08-2023, 00:56
- 248
Paşinyan qəzaya düşdü
“Ermənistanda yol təmirinin keyfiyyəti biabırçı dərəcədə aşağıdır”.
News24.az xəbər verir ki, bunu Ermənistan hökumətinin avqustun 11-də keçirilən iclasında respublikanın baş naziri Nikol Paşinyan bildirib.
O, əlavə edib ki, son günlər avtomobillə ölkəni gəzərkən buna əmin olub.
“Qar yağanda yol istismar şirkətləri təmizlik işləri aparır, bəs yağış yağanda? Yağış suları yola tökülür və hamı, deyəsən, bu suları təmizləyəcək daha konstruktiv yağış gözləyir. Yağış, qar yağmasa, heç kim bu yolları təmizləmək istəmir? Hökumətin qərarına əsasən, sözügedən şirkətlər hava şəraitindən asılı olmayaraq, hər gün bütün uzunluğu boyunca yolların hərəkət hissələrini süpürməlidirlər”, - Paşinyan bildirib.