Eynicinsli nikah qanunlarını imzalamayacağını bildirdi
    • 13-08-2023, 14:22
    • 269

Eynicinsli nikah qanunlarını imzalamayacağını bildirdi

Serbiya prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib.

News24.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə TV Pink telekanalında məlumat verib.

Onun sözlərinə görə, Serbiya cəmiyyəti “ənənəvidir” və Aİ “buna görə Serbiyaya hücum edir”.

"Əla - məni günahlandırın... Mən buna imkan vermədim", - deyə o, qeyd edib.

Vuçiç bir müddət əvvəl ABŞ-ın Bosniya və Herseqovinanın Srpska Respublikasının siyasi rəhbərliyinə qarşı sanksiyaları fonunda Qərbin ikiüzlülüyünün və ikili standartlarının güclənməsindən danışıb.