-
- 25-06-2023, 20:47
- 252
Serbiya prezidenti “Bayraktar” almaqdan imtina etdi - SƏBƏB
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Serbiyanın Türkiyə istehsalı olan "Bayraktar” hücum pilotsuz uçuş aparatlarını qismən tanınan Kosovo tərəfindən alındığı səbəbindən almayacaq.
Bunu Vuçiç bazar günü "TV Pink”ə müsahibəsində deyib.
Serbiya prezidenti qeyd edib ki, Türkiyə Kosovonu "çox ciddi" silahlarla - xüsusən də zirehli transportyorlar, minaatanlar və pilotsuz uçuş aparatlarla təmin edib və o, "mövcud olmamalı olan ordu yaradır".
"Biz bunu nəzərə almalıyıq. NATO hələ onlara öz bayraqlarını qaldırmağa icazə verməyib... Ehtiyatlı olmalıyıq və məhz belə də edirik. Xalqımız təhlükə altındadırsa, tənzimləmək üçün müvafiq vasitələrə malik olmalıyıq”, - Vuçiç bildirib.
Ətraflı
Bu kontekstdə xüsusilə "Bayraktar”ların Kosovoya satışını xatırladıb və bu səbəbdən Serbiyanın onları almaqdan imtina etdiyini bildirib.
"Beş ay ərzində Yaxın Şərqdə sifariş verdiyimiz bir neçə yüz kamikadze dron gələcək. Biz onları potensial təcavüzkarın qarşısını almaq üçün alırıq", - Serbiya prezidenti bildirib.
May ayında məlum olub ki, qismən tanınan Kosovonun Təhlükəsizlik Qüvvələri Türkiyə istehsalı olan ilk beş Bayraktar TB2 hücum dronunu - müqavilənin imzalanmasından təxminən yeddi ay sonra alıb.
Serbiya əvvəllər bu dronları 2023-cü ildə almağı planlaşdırırdı. /Qaynarinfo.az/