Bu gündən kolleclərə sənəd qəbulu başlayır
    • 14-08-2023, 10:44
    • 203

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start verilir.

Bu barədə News24.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

"Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər", - məlumatda qeyd olunub.