Boksçularımız  Avropa birinciliyində mübarizə APARACAQ
    • 14-08-2023, 13:39
    • 307

Boksçularımız Avropa birinciliyində mübarizə APARACAQ

Avqustun 17-25-də Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçiriləcək Avropa birinciliyində Azərbaycan millisinin üzvləri də mübarizə aparacaq.

News24.az apasport-a istinadən xəbər verir ki, yığmaya Boks Federasiyasının İdarə Heyətinin üzvü, aşağı yaş qrupları üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.

Avropa birinciliyində oğlanların yarışında rinqə Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) çıxacaqlar.

Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.

Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında isə qızların yarışına Saraxanım Səmədova (38 kq), Aylin Nəzərova (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) qatılacaqlar.

Azərbaycanı Avropa birinciliyində beynəlxalq dərəcəli referi Rövşən Qədirov təmsil edəcək.

Qeyd edək ki, yarışın püşkü avqustun 16-da atılacaq. Bu gün səfərə yollanacaq milli ayın 26-da Bakıya qayıdacaq.