Qanunsuz erməni silahlıları Qarabağa hərbi texnika toplayır - Video
    • 14-08-2023, 14:39
    • 298

Qanunsuz erməni silahlıları Qarabağa hərbi texnika toplayır - Video

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.

News24.az “Caliber.az”a istinadən xəbər verir ki, bu, qanunsuz rejimin qalıqlarının növbəti təxribatlarına hazırlıq məqsədi daşıyır. Hədəf Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və onu cavab addımları atmağa cəlb etməkdir.