Sistem çökür: EKSPERT FƏLAKƏT BARƏDƏ XƏBƏRDARLIQ ETDİ
    • 14-08-2023, 18:00
    • 453

Sistem çökür: EKSPERT FƏLAKƏT BARƏDƏ XƏBƏRDARLIQ ETDİ

Müasir cəmiyyətin kompüterləşməsi və rəqəmsallaşması köhnə institutların, dövlətlərin idarə olunması modellərinin zəifləməsinə gətirib çıxarır.
 
 
News24.az xəbər verir ki, bu fikri tanınmış rus filosofu Andrey Fursov deyib.
 
Onun fikrincə, elita məhz ona görə gücünü itirir ki, o, artıq yeni şəraitdə köhnə yolla liderlik edə bilmir: “Əgər əvvəllər informasiyanın qəzet, televiziya və radio kanalları şəklində yayılmasının bir neçə vasitəsinin köməyi ilə ötürülməsinə tam nəzarət etmək mümkün idisə, indi belə yanaşma sadəcə olaraq mümkün deyil. Finans sistemi çöküb, bu mümkün fəlakətdən xəbər verir.Dünyanı idarə etməyə öyrəşmiş insanlar ya geosiyasi Olimpdəki yerlərindən imtina etməyə məcbur olacaqlar, ya da sürətlə dəyişən dünyanın avanqardını ələ keçirməyə başlayacaqlar. Elita arasında informasiyaya nəzarətlə yanaşı, əsas məsələlərdən biri də pula nəzarət məsələsidir. Bu baxımdan, ola bilsin ki, bir neçə il əvvəl bütün dünyada müşahidə olunan kriptovalyutaların bumu artıq öz reinkarnasiyasını tamamilə yaradılmış və yalnız rəqəmsal məkanda istifadə edilən dövlət pul vahidləri şəklində alacaq” .
 
 Ayşən