Azərbaycanda dəhşətli YANĞIN - Helikopter havaya QALDIRILDI
    • 14-08-2023, 18:54
    • 359

Azərbaycanda dəhşətli YANĞIN - Helikopter havaya QALDIRILDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən News24.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.