Yanğın davam edir
    • 23-08-2019, 21:21
    • 908

Yanğın davam edir

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən News24.az -a bildiriblər ki, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.