"Hizbullah" İsraili hədələdi:
    • 15-08-2023, 12:29
    • 172

"Hizbullah" İsraili hədələdi: "Daş dövrü"nə ÇEVİRƏCƏYİK

“Əgər Livanla müharibə etsəniz, sizi daş dövrünə çevirəcəyik”.

 
News24.az xəbər verir ki, bu sözləri “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah deyib.

 
İsrail müdafiə naziri Yoav Qallantın mesajına cavab verən Nəsrullah bu ölkəni “daş dövrü”nə çevirəcəkləri ilə hədələyib.

 
“Əvvəlki sionist (İsraili nəzərdə tutur – red.) rəsmilər də eyni təhdidləri etmişdilər. Bunlar Livanı daş dövrünə çevirəcəkləri yönündədir. İsrail Livanı daş dövrünə çevirəcək qədər güclüdürmü? Yox. Əgər Livanla müharibə etsəniz, sizi daş dövrünə çevirəcəyik”, - baş terrorçu bildirib.

Ayşən