Milli Qəhrəmanın oğlu dövlət qurumunu MƏHKƏMƏYƏ VERDİ
    • 15-08-2023, 17:39
    • 505

Milli Qəhrəmanın oğlu dövlət qurumunu MƏHKƏMƏYƏ VERDİ

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verib.

News24.az Qaynarinfo-ya istinadala xəbər verir ki, Ceyhun Əsgərovun iddiası Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır. 

İşin mahiyyəti əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir. 

Ceyhun Əsgərov 2015-ci ildə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifəsində çalışıb. 

Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.