Məşhur reper 35 milyon dollara ev aldı
    • 15-08-2023, 20:08
    • 351

Məşhur reper 35 milyon dollara ev aldı

Reper Rik Ross Mayami-Biç (Florida, ABŞ ) yaxınlığındakı Ulduz adasına köçəcək. 

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. 

O, sözügedən adada 35 milyon dollara ev alıb.

Aktrisa və müğənni Cennifer Lopezin,  basketbolçu Şaquil O'Nilin və reper P Diddinin də eyni adada evi var.

Qeyd edək ki, Rik Ross hazırda aldığı malikanəni təmir etməyə çalışır.

Günəş Mərd