Millət vəkili Fəttah Heydərov 8 Mart Günü münasibətilə qadınları təbrik edib
    • 7-03-2019, 11:15
    • 1 260

Millət vəkili Fəttah Heydərov 8 Mart Günü münasibətilə qadınları təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

News24.az xəbər verir ki, təbrikdə möhtəşəmliyi ilə seçilən, yüksək milli mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadınının müstəqillik illərində böyük inkişaf yolu keçdiyi bildirilib:
“Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Ana, bacı, qız övladımız olan qadınlarımız nə qədər gülürsə, sevinirsə, xoşbəxtdirsə, bizim həyatımız da bir o qədər mənalı olur! Bu gün Azərbaycanda qadın azadlığı bərqərardır. Ötən əsrlərdə nə qədər məşəqqətli ömür sürüblərsə, bu gün, müstəqilliyimizdən sonra, qadınlarımız daha rahat, istədikləri kimi yaşayır, bütün işlərdə fəal olmağa çalışırlar. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də qadınlarımızın fəallıq nümayiş etdirmələri və hər bir sahədə layiqincə təmsil olunmaları üçün mühüm addımlar atılır. Əziz və dəyərli xanımlar! Mən təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından sizi təbrik edir, sizlərə səadət diləyirəm. Bayramınız mübarək olsun! Qəlbiniz sevinc dolu, üzünüz daim gülər olsun!”