Azərbaycan Prezidenti İlham Əliyev İqor Dodonu təbrik edib
    • 26-08-2019, 18:28
    • 1 184

Azərbaycan Prezidenti İlham Əliyev İqor Dodonu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Moldova Respublikasının Prezidenti İqor Dodonu təbrik edib.

News24.az-ın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm".