İtmiş qadın  ağaca bağlı vəziyyətdə TAPILDI - FOTO
    • 16-08-2023, 10:12
    • 278

İtmiş qadın ağaca bağlı vəziyyətdə TAPILDI - FOTO

Göbələk ovuna çıxan 82 yaşlı Moskva vilayətinin sakini Serqiyev Posad meşədə azıb.

News24.az xəbər verir ki, polis əməkdaşları dərhal meşədə  əməliyyat keçirib.

Yaşlı qadın axşam saatlarında bataqlıq ərazidə, ağacın üstündə oturmuş vəziyyətdə tapılıb. Təqaüdçü yıxılmamaq üçün özünü ağaca kəndirlə bağlayıb.

İpdən əlavə, onun yanında yemək, su ehtiyatı və doldurulmuş telefon da olub. Xilasedicilərin sayəsində qadın xilas edilib.

Aynurə