Milli qəhrəmanın oğlu ilə bağlı rəsmi AÇIQLAMA
    • 16-08-2023, 12:40
    • 403

Milli qəhrəmanın oğlu ilə bağlı rəsmi AÇIQLAMA

Bəzi mətbuat orqanlarında Azərbaycanın Milli qəhrəmanı Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-ni məhkəməyə verdiyi ilə bağlı xəbərlər dərc olunub. 

Bunu News24.az-a ASCO-nun Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.
O qeyd edib ki, həmin informasiya həqiqəti əks etdirmir və əsassızdır:

“Biz jurnalistlərdən ASCO-nun fəaliyyətinə dair istənilən informasiyanı dəqiqləşdirməyi və “sensasiya” yaymamağı xahiş edirik”.

Fərid Azəri