"Niko"nun vəziyyəti ilə bağlı SON MƏLUMAT - RƏSMİ
    • 16-08-2023, 12:35
    • 450

"Niko"nun vəziyyəti ilə bağlı SON MƏLUMAT - RƏSMİ

Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlidə müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Bakupost.az -a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır.

Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir".