1 milyon 200 minlik dələduzluq edənin cəzası AÇIQLANDI
    • 16-08-2023, 13:48
    • 404

1 milyon 200 minlik dələduzluq edənin cəzası AÇIQLANDI

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az
-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S. Salahov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, S. Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. Təqsirləndirilən şəxs ümumilikdə. 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir. 

Samir Əli