Taliban siyasi partiyaları QADAĞAN ETDİ
    • 16-08-2023, 13:56
    • 200

Taliban siyasi partiyaları QADAĞAN ETDİ

Taliban hərəkatı Əfqanıstanda siyasi partiyaların fəaliyyətinə tam qadağa qoyub.

News24.az xəbər verir ki, bu barədə “Aamaj News”a məlumat verib.

Taliban hökumətinin ədliyyə naziri Əbdül Hakim Şarayi bildirib ki, siyasi partiyaların fəaliyyətinin şəriət əsası yoxdur və xalqın maraqlarına cavab vermir.

Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə qeydiyyatdan keçmiş 73 siyasi partiya var idi. Partiya liderlərinin əksəriyyəti ölkəni tərk edib.

 Qumral