Kabildəki partlayışlar zamanı ən azı 28 "Taliban" üzvü öldü
    • 27-08-2021, 08:09
    • 496

Kabildəki partlayışlar zamanı ən azı 28 "Taliban" üzvü öldü

Kabil hava limanı yaxınlığında törədilən partlayışlarda ölən 103 nəfərdən ən azı 28-i "Taliban" üzvü olub.

News24.az xəbər verir ki, bu barədə "Reuters" "Taliban" nümayəndəsinə istinadən məlumat yayıb. 

Hərəkat nümayəndəsi bildirib ki, "Taliban" amerikalılardan daha çox insan itirib. Həmçinin o, Əfqanıstandan xarici qoşunların çıxarılması müddətini uzatmaq üçün heç bir səbəb görmədiyi də vurğulayıb.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanının binası yaxınlığında 2 partlayış baş verib.

Son məlumatlara görə, hücumda 13-ü ABŞ əsgəri olmaqla 103 nəfər həyatını itirib. 

Əfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban" hərəkatı hadisəni şiddətlə qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.