Keçmiş məhkum tapança və narkotiklə TUTULDU
    • 17-08-2023, 13:08
    • 96

Keçmiş məhkum tapança və narkotiklə TUTULDU

Xətai rayonunda silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.