Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb
    • 20-03-2019, 13:21
    • 1 344

Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb

Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olan N.Süleymanov 9-cu mikrorayon ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan  “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.