-
- 17-08-2023, 15:56
- 541
Uşaq bağçasında qətl törədən şəxsə 10 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Məmmədlinin işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza istəyib.
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K. Məmmədli 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini Kamran Məmmədli şəxsi münaqişə nəticəsində tanışı Rəsul Cavadzadə ilə mübahisə edib. Mübahisə Bakı şəhəri ərazisindəki uşaq bağçasının həyətində davaya çevrilib. Dava nəticəsində K. Məmmədli R.Cavadzadəni 4 bıçaq zərbəsi ilə qətlə yetirib.
Samir Əli