-
- 15-08-2023, 15:21
- 497
Məktəbli bacıların ölümündə təqsirləndirilən şəxsə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü, 4 nəfərin xəsarət almasında təqsirləndirilən Abil Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror A. Həsənovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A. Həsənov 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il dekabrın 20-si axşam saatlarında Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.
Hadisə nəticəsində şagirdlərin olduğu “VAZ-2107” ilə “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişinlər-262 saylı orta məktəbin şagirdləri olan Lütfəlizadə Zalina və bacısı Lütfəlizadə Amina ölüb. Qızların anası, eləcə də avtomobillərdə olan digər 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin araşdırmalar nəticəsində qəzaya taksi fəaliyyəti göstərən Bakı şəhər sakini 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai”ın səbəb olması müəyyən edilib. Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb.
Samir Əli