"Ermənistanın BMT-dəki hər iki cəhdi uğursuz oldu" - VİDEO
    • 17-08-2023, 16:09
    • 502

"Ermənistanın BMT-dəki hər iki cəhdi uğursuz oldu" - VİDEO

“BMT-dəki müzakirələr Ermənistan üçün humanist niyyətimizdən sui-istifadənin nəticəsini göstərdi”.

News24.az xəbər verir ki, bunu RTV-yə açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirdi.

O daha sonra Qarabağdakı separatçıların müxtəlif bəyanatlarla ərazi bütövlüyümüzə hörmətsizlik etdiyini vurğuladı. 

“Bu, Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbul edilməsi ilə bağlı ikinci cəhdi idi. Birinci cəhdi ötən ilin dekabrında həyata keçirməyə çalışdılar, amma uğursuzluqla nəticələndi. Şuranın beş daimi üzvündən dördü beynəlxalq hüquqa hörmətlə yanaşdı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiqləndi. BMT-nin açıqlamasında vurğulanır ki, bu tip məsələlərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir. Azərbaycan humanistlik göstərərək, bölgədəki erməni vətəndaşlarına yol verir. Bu humanist addımdan siyasi məqsədlər üçün istifadə yolverilməzdir. Separatçıların tör-töküntüləri iddia edir ki, həmin yol onları dünya birliyi ilə birləşdirir. Bu, Azərbaycanın suverenliyinə birbaşa təhdiddir. Ölkəmiz ərazisindən kimin, harada və necə keçməsini özü müəyyənləşdirir. Qarabağda ermənilərə Ermənistanla əlaqə saxlamaq üçün humanitar yol məsləhət görülməsi onlara göstərdiyimiz böyük humanizmdir. Fransa bu məsələdə indiyədək canfəşanlıq edir, çünki Ermənistan kimi beynəlxalq iqtisadiyyata, əməkdaşlığa və təhlükəsizliyə faydası olmayan bir dövlətin ümidinə qalıb. Yaşar Əliyevin məlum fotoşəkilləri göstərməsi Ermənistanın və erməni havadarlarının yalan danışdığını sübut etdi”.

Fərid Azəri