Yüksək vəzifədə çalışmış şəxs MƏHKƏMƏYƏ GƏTİRİLDİ
    • 17-08-2023, 16:44
    • 404

Yüksək vəzifədə çalışmış şəxs MƏHKƏMƏYƏ GƏTİRİLDİ

Kürdəmir Rayon İcra Hakimiyyətində yüksək vəzifədə çalışmış şəxs məhkəməyə gətirilib. 

News24.az-ın məlumatına görə, rayon icra hakimiyyəti başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin keçmiş müdir müavini Ruslan Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə ittiham olunur.

R. Əliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılsa da, istintaq dövründə polis nəzarətinə verilib.

Samir Əli