Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi edildi
    • 1-08-2023, 23:30
    • 201

Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi edildi

Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi edilib.

News24.az APA-ya xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Hüseynov Pencalı Yaqub oğlu və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əhmədov Səfər Siyafər oğlu vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. İcra hakimiyyəti başçısının digər sərəncamı ilə Vəliyev Əhməd Zöhrab oğlu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.