SON DƏQİQƏ: İcra hakimiyyətində əməliyyat keçirilir, SAXLANILANLAR VAR - YENİLƏNİB - FOTO
    • 19-08-2020, 14:47
    • 1 358

SON DƏQİQƏ: İcra hakimiyyətində əməliyyat keçirilir, SAXLANILANLAR VAR - YENİLƏNİB - FOTO


Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra  başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar. 


News24.az xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.

***
13:13


Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.