Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır
    • 7-03-2019, 15:41
    • 1 015

Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır

Azərbaycanda 2 teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır.

News24.Az bildirir ki, bunlar “akademik” statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrıdır.
“Teatr və teatr fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.
Prezidentin imzaladığı “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncama əsasən, Nazirlər Kabinetinə bu iki teatra “akademik” statusunun verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra hər iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq.