Azərbaycanda WhatsApp BAĞLANIR? - VİDEO
    • 18-08-2023, 13:11
    • 329

Azərbaycanda WhatsApp BAĞLANIR? - VİDEO

Sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən bildirilir  ki, Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir. 
 
Mövzu ilə bağlı News24.az-a danışan İT məsələləri üzrə ekspert Elvin Abbasov bildirib ki, Qlobalda bu haqda xəbərlər yoxdur. Onun sözlərinə görə, problem kütləvi deyil.
“Hazırda Qlobalda və Azərbaycanda belə bir problem elan olunmayıb. Meta şirkətində belə bir məlumat yoxdur. Ola bilsin ki, bu, individual problemdir və sırf telefonla bağlıdır.  "WhatsApp"ın aktivləşdirilməsi üçün istifadəçilər tərəfindən ard-arda müxtəlif kodlara müraciət edildiyindən bir-iki günlük yaxud 24 saatlıq bloklama ola bilər. Bunun kütləvi olduğunu düşünmürəm. Böyük ehtimal şəxsi məsələdir” ,- deyə ekspert fikrini yekunlaşdırıb.
 
Ayşən Rəhim