"Whatsapp+" işlədənlərin nəzərinə!
    • 11-03-2023, 13:23
    • 349

"Whatsapp+" işlədənlərin nəzərinə!

Whatsapp+" istifadə edənlərin hesabları bloklanmağa başlanıb.

News24.az xəbər verir ki, bloklama bu gündən həyata keçirilib.

İstifadəçilərə ancaq rəsmi "Whatsapp" tətbiqi istifadə edilməsi məsləhət görülüb.

Qeyd edək ki, bu tətbiq Whatsapp-da olmayan funksiyaları təmin edən mobil proqramdır. Rəsmi olmadığı üçün proqram mağazalarında (App Store, Play Store və s.) olmur. “APK” (Android Proqram Arxivi) kimi yüklənilə bilir.

“WhatsApp+” bir çox fəsadlara səbəb ola bilər. Bu tətbiqdən istifadə etdikdə mesajların məxfiliyi təhlükə altına düşür, cihazınız reklamlar və viruslarla dolur.