"Ermənistan kütləvi məzarlıqlar barədə məlumatı təqdim etməyib"
    • 18-08-2023, 15:41
    • 315

"Ermənistan kütləvi məzarlıqlar barədə məlumatı təqdim etməyib"

"Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, eləcə də girov götürülmüş şəxslərin taleyi ilə bağlımütəmadi olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir".

News24.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin sektor müdiri Həbib Mikayıllı Baş Prokurorluqda itkin düşmüş şəxslərlə bağlı brifinqdə bildirib.

O deyib ki, Ermənistan indyədək Qarabağdakı kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə təqdim etməyib.

H.Axundovun sözlərinə görə, rəsmi İrəvan bu məsələdə Azərbaycanla əməkdaşlıq etməlidir:

"Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi kütləvi məzarlıqların aşkarlanması üzrə işlərə başladı. Bu işlər həmçinin aşkarlanan qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsini də əhatə edirdi. Həmin işlər Ermənistanla birgə komissiya çərçivəsində həyata keçirilməli olduğu halda, bu belə deyil. Digər tərəfdən bizim üçün daha vacib məsələ əlbəttə ki, prosesi daha da sürətləndirə bilərdi. Baş Prokurorluğun əməkdaşları itkin düşmüş hərbi qulluqçularla bağlı bizim məlumatları açıqlayacaqlar. Bu, çox mühüm bir hadisədir. Biz sonuncu itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilənədək fəaliyyətini davam etdirəcəyik".

Fərid Azəri