Qarabağda aşkarlanan meyit qalıqlarının dəfni üçün yer ayrılacaq
    • 18-08-2023, 16:30
    • 220

Qarabağda aşkarlanan meyit qalıqlarının dəfni üçün yer ayrılacaq

"Qarabağda aşkarlanan və şəxsiyyəti müəyyən olunmayan insan qalıqlarının dəfn olunması üçün məzarlıq yerinin yaradılması üçün iş aparılır".

News24.az  xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

O, həmçinin əvvəllər əsirlikdə saxlanılması ehtimal olunan şəxslərlə bağlı beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana müraciət edildiyini bildirib:

"Biz beynəlxaq qurumlar vasitəsilə itkin düşmüş və ya əsir götürülmüş şəxslərlə bağlı Ermənistan tərəfinə müraciət etdik. Onlardan bizə gələn rəsmi cavabda bildirilir ki, Ermənistan ərazisində hazırda əsir saxlanılan Azərbaycan vətəndaşı yoxdur".

Fərid Azəri