Azərbaycanlı müəllim universitetdən QOVULDU
    • 18-08-2023, 16:50
    • 568

Azərbaycanlı müəllim universitetdən QOVULDU

Əllamə Təbatəbai Universitetinin Sosial Elmlər Fakülətəsinin müəllimi Mehdi Xoi işdən çıxarıldığını açıqlayıb. 

News24.az
xəbər verir ki, o, bu barədə “X” (keçmiş “Twitter”) hesabında məlumat verib. 

“Mən "Əllamə" Universitetinin sosiologiya müəllimi Mehdi Xoi. Bu günədək heç kimə rüşvət verməmişəm. Allah bilir ki, yalnız xalqa və öyrəncilərə bağlı olmuşam. Yeddi illik müəllimlik fəaliyyətindən sonra isə işdən azad olunduğum haqda məktub aldım”.

Qeyd edək ki, universitet müəlliminin paylaşımından sonra buna cavab olaraq Sosial Elmlər fakültəsinin bir qrup tələbəsi, özlərinin təhsildən kənarlaşdırılmasını, müəllimlərin hədələnməsini və işdən çıxarılmasını “diktatorun əlaltılarının universiteti dağıtmaq üçün ümidsiz cəhdləri” adlandırıblar.

Aynurə