AQTA: "Qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub"
    • 7-03-2019, 18:16
    • 1 883

AQTA: "Qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub"

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.

AQTA-dan News24.az-a verilən məlumata görə, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir.  Agentlik qeyd edib ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunan faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.