Məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO
    • 20-09-2018, 12:37
    • 2 038

Məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO

AQTA rəsmisi həmin qida məhsullarının adlarını  açıqlayıb
Azərbaycana qida məhsulları idxal edən bir sıra məşhur şirkətlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi xəbərdarlıq edilib.

Bu barədə  AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib.

Onun sözlərinə görə, həmin məhsullar ölkəyə idxal olunarkən AQTA-nın müvafiq laboratoriyalarında müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar - bakteriyalar aşkar edilib.

Fərid Əmirov qeyd edib ki, insan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalıdır. Bununla bağlı həmin məhsulları idxal edən şirkətlər AQTA-ya müraciət etməlidir.

AQTA rəsmisi uşaqların qidalanmasında daha çox istifadə olunan və bakteriyalar aşkarlanan həmin məhsulların adlarını açıqlayıb.

//REAL.TV