-
- 21-08-2023, 08:04
- 516
Qarpız yenə BAHALAŞDI - SƏBƏBİ
Yay süfrəsinin bəzəyi olan qarpızın qiyməti yenidən bahalaşıb.
News24.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya fermer Anar Abbasov məlumat verib. Onun sözlərinə görə, bu günə kimi sahədə 1 kiloqramı 22 qəpiyə təklif olunan qarpızın qiyməti yenidən bahalaşaraq, 30 qəpiyə satılır:
"Yəqin ki, bazarlarda da qarpızın qiyməti qalxacaq. Bu il hava şəraiti qeyri-sabit olduğu üçün qarpızın becərilməsində problemlər yaşanıb”.
Fermer bildirib ki, bazarda daha çox balaca qarpızlar satılır, onlar dadlı deyil, keyfiyyətzidir, yaxşı qidalanmayıblar:
"Ən yaxşı qarpızın çəkisi 5-8 kilo olanlardır. Bunlar daha keyfiyyətlidir”.