“Taxıl müqaviləsi” ilə bağlı danışıqlar İstanbulda baş tuta bilər
    • 20-08-2023, 13:35
    • 140

“Taxıl müqaviləsi” ilə bağlı danışıqlar İstanbulda baş tuta bilər

Türkiyə “taxıl müqaviləsi”nin yenilənməsi ilə bağlı təkliflər üzərində işləyir. Bu məsələ ilə bağlı danışıqlar İstanbulda baş tuta bilər. 

News24.az xəbər verir ki,bu barədə “Sabah” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ankara Ukraynadan məhsulların ixracını bərpa etmək üçün layihə təklifləri üzərində işləyir. 

Türkiyənin fikrincə, dünyada taxılın qiyməti artıq 15% bahalaşdığı üçün “taxıl müqaviləsi”nin ləğvi qlobal problemlərə səbəb ola bilər. 

Qeyd edək ki, “taxıl dəhlizi”nin açılışı zamanı Ukrayna və Rusiya birbaşa saziş imzalamayıb. 


Leyla SƏMƏNDƏR