Zelenski Danimarkaya səfər etdi
    • 20-08-2023, 20:27
    • 89

Zelenski Danimarkaya səfər etdi

Ukrayna prezidenti Vladimir Zelenski Danimarkaya səfər edib. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu barədə Teleqramda yazıb .

O, baş nazir Mette Frederiksen, kral ailəsinin üzvləri, müxtəlif partiyaların liderləri, Folketing (Danimarka parlamenti) üzvləri və Danimarka biznes nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb.

“Biz əməkdaşlığı inkişaf etdiririk. Ukrayna hərbçiləri üçün əlavə şad xəbər hazırlayırıq. F-16 məsələsində irəliləyirik ”, – deyə Ukrayna prezidenti qeyd edib. 

Günəş Mərd