-
- 21-08-2023, 11:26
- 138
Ərdoğan və Orban nə barədə razılığa gəliblər?
Macarıstan və Türkiyə İsveçin NATO-ya üzvlük sazişinin hər iki ölkənin parlamentlərində ratifikasiyası prosesi barədə bir-birini məlumatlandırmaq barədə razılığa gəliblər, lakin bunun üçün hələlik konkret tarixlər müəyyənləşdirməyiblər.
News24.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekunlarına dair açıqlama verib.
“Biz daimi məsləhətləşmələr apardıq və əlaqə saxladıq, bir-birimizi milli parlamentlərdəki işlərin vəziyyəti və proseslər (İsveçin Şimali Atlantika Alyansına qoşulma sənədlərinin ratifikasiyası ilə bağlı) barədə məlumatlandırdıq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Macarıstan və Türkiyə gələcəkdə, parlament tətildən sonra öz işinə başladıqdan sonra bu təcrübəni davam etdirəcəklər. “Bundan sonra İsveçin NATO-ya üzvlük üçün müraciətinin nə vaxt gündəliyə daxil edilməsi məsələsi həll olunacaq”, - Sijarto bildirib.
Akqabay