Ərdoğan Macarıstana səfər edəcək
    • 11-08-2023, 18:48
    • 245

Ərdoğan Macarıstana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 20-də Macarıstana səfər etmək niyyətindədir. O, Macarıstanın baş naziri Viktor Orban ilə görüşəcək.

News24.az xəbər verir ki, bu barədə “Telex” məlumat yayıb. 

Qeyd olunur ki, Orban və Ərdoğan təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcəklər.

Tərəflər Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələlərini də müzakirə edəcəklər.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Vilnüsdə  keçirilən sammitdə  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar aparıb. 

Macarıstan diplomatı qeyd edib ki, iki ölkə liderləri İsveçin NATO-ya daxil olması ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər.

Ayşən