Daha bir yüksək rütbəli məmur cinayət məsuliyyətinə CƏLB EDİLDİ
    • 21-08-2023, 12:26
    • 250

Daha bir yüksək rütbəli məmur cinayət məsuliyyətinə CƏLB EDİLDİ

Azəbaycanda daha bir yüksək rütbəli məmuru cinayət məsuliyyətinə cəlb edilib . 

News24.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin sabiq müdiri Mübariz Paşayev külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər ağır maddələrdə təqsirləndirilir. 

M. Paşayev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılaraq məsuliyyətə cəlb edilib. Hazırda onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) və digər maddələri ilə ittiham elan edilib. 

Xatırladaq ki, M. Paşayevin Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin Qaradağ rayon şöbəsinin rəisi Azər Paşayevin qardaşı olduğu deyilir.

Samir Əli