Kanalizasiyada "boğulan" Masazır - VİDEO/FOTO
    • 21-08-2023, 16:17
    • 75

Kanalizasiyada "boğulan" Masazır - VİDEO/FOTO

Masazır qəsəbəsi tovuzlular məhəlləsi adlanan ərazinin sakinləri uzun zamandır davam edən kanalizasiya problemindən şikayətçidir. 

News24.az-a şikayətçi olan sakinlər bildiriblər ki, ətrafdakı evlərin kanalizasiya sularının axdığı ərazidə göl yaranıb. Üstü açıq qalan kanalizasiya suları ətrafın pis vəziyyətə düşməsinə səbəb olub. Dolub-daşan kanalizasiyanın yaşayış evlərinin yaxınlığında yerləşməsi, üstəlik, məişət tullantılarının da ətrafa atılması acınacaqlı mənzərə yaradıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirildi ki, məsələ nəzəratə alınıb və araşdırılacaq. 

"Azərsu" ASC-dən isə bildirildi ki, həmin ərazidə "Azərsu" ASC-yə məxsus kanalizasiya infrastrukturu mövcud deyil, vətəndaşların kustar üsulla çəkdikləri xətlərdir. 

Ətraflı RTV-nin təqdimatında:

Qumral Əliyeva